Ayaq-dırnaq problemləri sağmal təsərrüfatların ən böyük problemlərindən biridir. İstər düzgün olmayan ferma dizaynı, istərsə də yemləməyə bağlı olaraq heyvanların dırnaqlarında meydana gələn xəstəliklər inəklərdə məhsuldarlığın və döltutma göstəricilərinin aşağı enməsi ilə nəticələnir. Şirkətimiz professional dırnaqçıları ilə sizə bu çətinliklərin öhdəsindən gəlməyi təklif edir.