Ünvan

Bakı şəhəri, Biləcəri qəsəbəsi, Beynəlxalq Avtovağzal Kompleksi dükan N.1207

Mobil nömrə

(+99450) 5398009

Email

info@agrosunshine.az

ŞİRKƏT HAQQINDA

2018-ci ildə qurulan Agrosunshine şirkəti fəaliyyət istiqamətindən asılı olmayaraq, iribuynuzlu heyvandarlıq təsərrüfatlarının layihələndirilməsi, sağım sistemlərinin təchizatı, eləcə də südlük və ətlik boğaz düyələrin, həmçinin ferma, baytarlıq və diaqnostika avadanlıqlarının satışı, müxtəlif xəstəliklərin yerində aşkarlanması məqsədilə sürətli test kitlərinin, vaksinlərin və buğa toxumlarının tədarükünü həyata keçirir.

Şirkətimiz bununla yanaşı, yemləmə, suni mayalama, dırnaq baxımı və texniki xidmət sahəsində də məhsullarını təklif edir. Azərbaycan bazarında sektorun bir çox sahəsində ilklərin müəllifi olan Agrosunshine ailəsi siz dəyərli müştərilərimizin etibarını qazanmaq və güvəninə layiq olmaq üçün yüksək keyfiyyətli malların satışını təşkil edir.