Qara və Qırmızı Angus
Məhsul kodu: Yoxdur
Aberdin Angus dünyada ən çox yayılmış ətlik istiqamətli iribuynuzlu heyvan olmaqla, vətəni Şotlandiyadır. Bu heyvanların ilkin mərhələdə rəngləri sadəcə qara olsa da, sonradan Angusun qırmızı rəngli olanları da meydana gəlmişdir. Angus irqi heyvanların buzovları aşağı çəkidə doğulduqlarından doğuş asanlıq göstəricisi yüksək olan irqdir. Bununla belə, aşağı çəkilərdə dünyaya gələn buzovlar çox sürətlə canlı ağırlıqlarını artıra bilirlər. Angus irqi erkəyinin günlük canlı ağırlıq qazanma potensialı 1600-2000 qram təşkil edir. "Mərmər ət" xüsusiyyətli olmaları onları dünya steyk sənayesinin əsas seçimlərindən etmişdir.